BDYPİ səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına xəbərdarlıq edib
Operativ Media
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
Operativ Media xəbər verir ki, DYP-nin yaydığı xəbərdarlıqda bildirilib ki, hazırda paytaxtda və respublikanın bir sıra bölgələrində müşahidə olunan yağışlı hava yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Qeyd olunub ki, xüsusilə gecə və səhər saatlarında müşahidə olunan çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayının artacağını nəzərə alaraq, sürücülərə sürət həddinə əməl etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Bildirilib ki, sinoptiklərin proqnozuna əsasən, iyunun 28-dək davam edəcək yağışlı hava piyadaların hərəkətini də çətinləşdirəcək və moped, motosiklet sürən şəxslər üçün əlverişsiz şərait yaradacaq. DYP piyadalara və digər hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı, özlərinin və başqalarının təhlükəsizliyini riskə atan davranışlardan çəkinməyi tövsiyə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net