Bakıda bu gün UFC turniri keçiriləcək
Bu gün Bakıda ikinci dəfə Mütləq Döyüş Çempionatının (UFC) turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar isə saat 20:00-da başlayacaq.
Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas görüşündə isə orta çəkidə Şarabutdin (Şara) Maqomedov (Rusiya) braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək.
UFC Fight Night-ın görüşləri
İlkin döyüşlər
Yarımorta çəki: Tahir Abdullayev – Cefferson Nasimento
Ən yüngül çəki: Bekzat Almaxan – Jan Matsumoto
Yarımorta çəki: Daniil Donçenko – Teodor Berqren
Yarım yüngül çəki: Kaan Ofli – Xavyer Reyes
Orta çəki: Nursulton Ruziboyev – Andrey Pulyayev
Yarım ağır çəki: Abdul Raxman Yaxyayev – Julius Volker
Yarımorta çəki: Fərman Həsənov – Erik Nolan
Əsas döyüşlər
Orta çəki: Abus Maqomedov – Mixal Olekseyçuk
Orta çəki: İkram Aliskerov – Brunno Ferreyra
Ən yüngül çəki: Asu Almabayev – Çarliz Conson
Yüngül çəki: Nazim Sadıxov – Mateus Kamilo
İkinci əsas döyüş
Orta çəki: Şara Maqomedov – Mişel Pereyra
Gecənin əsas döyüşü
Yüngül çəki: Rafael Fiziyev – Manuel Torres