Menyu

Leysan yağır - FAKTİKİ HAVA

Operativ Media
Leysan yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər