Menyu

Hacıqabulda qətl hadisəsi baş verib

Hacıqabulda qətl hadisəsi baş verib

Avqustun 20-si saat 00:12 radələrində Hacıqabul rayon sakini 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Hacıqabul Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Pərviz Quliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Rəhman Qocalıyevə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər