Menyu

"Arsenal" "Lids"in sabiq qapıçısını transfer edib

Operativ Media
"Arsenal" "Lids"in sabiq qapıçısını transfer edib
1 dəq oxu

"Lids"in sabiq qapıçısı İllan Meslye "topçular"ın heyətinə qoşulub.

Operativ Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 

​26 yaşlı fransalı qapıçı ilə bağlanan müqavilənin müddəti barədə məlumat verilmir. O, yeni komandasında 30 nömrəli forma ilə çıxış edəcək. Meslye "Lids"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda idi.

​İllan Meslye 2020-ci ildən "Lids"in şərəfini qoruyub. O, komandanın heyətində keçirdiyi 215 oyunda 286 qol buraxıb, 70 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Əlaqəli Xəbərlər