Menyu

Zaqatalada selə görə çayda köməksiz qalan 5 nəfər xilas edilib

Operativ Media
Zaqatalada selə görə çayda köməksiz qalan 5 nəfər xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumat əsasında FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri hadisə yerinə cəlb edilib.

Nazirliyin həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb.

Əlaqəli Xəbərlər