Menyu

Azərbaycanda kommersiya qurumlarının sayı 6,8 faiz artıb

Operativ Media
Azərbaycanda kommersiya qurumlarının sayı 6,8 faiz artıb

İyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 713 min 937 vergiödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210 min 384 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

İyun ayında 1191 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

İyulun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər