Menyu

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Operativ Media
Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

AFFA tərəfindən təşkil edilən görüşdə akademiyalarda məşq edən uşaq və yeniyetmələrin idman fəaliyyəti ilə yanaşı, məktəb təhsilində davamlı iştirakı, akademik göstəricilərinin dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Müzakirələr zamanı uşaqların məktəb davamiyyətinin izlənilməsi, akademik nailiyyətlərinin qorunması, idman və təhsil fəaliyyəti arasında balansın təmin olunması, eləcə də valideynlər və məktəblərlə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.

Uşaq və yeniyetmə futbolçuların hərtərəfli inkişafında təhsilin rolu, onların idman fəaliyyəti ilə yanaşı akademik inkişafının təşviqi və gələcək karyera imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Klub və akademiya nümayəndələri mövcud təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və mümkün həll yolları ətrafında müzakirələr aparıblar.

Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, təhsil üzrə ekspert Nigar Nəsrullayeva, həmçinin futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslər iştirak ediblər.

AFFA tərəfindən bu istiqamətdə görüşlərin davam etdirilməsi, akademiyalar arasında təcrübə mübadiləsinin təşviqi və mümkün birgə fəaliyyətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər