Menyu

"Quba Open 2026" Beynəlxalq Şahmat Festivalının keçiriləcəyi tarix açıqlandı

Əziz Əzizli
"Quba Open 2026" Beynəlxalq Şahmat Festivalının keçiriləcəyi tarix açıqlandı

Sayca ikinci dəfə Qüdrət İsmayılovun xatirəsinə həsr olunan "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Operativ Media ​xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə reallaşacaq "Quba Open 2026" II Beynəlxalq Şahmat Festivalı 03–10 sentyabr 2026-cı il tarixlərində Quba şəhərində baş tutacaq.

​Festival çərçivəsində:

A qrupu (1900 + ELO)

B qrupu (ELO 1899 - dək)

C qrupu (12 yaşadək)

Rapid

Blits

yarışları təşkil olunacaq.

​Festivalın ümumi mükafat fondu 24.420 AZN təşkil edir.

​Festival ömrünü şahmata həsr etmiş, yüzlərlə uşaq və gəncin bu idman növünə cəlb olunmasında, Quba şahmat məktəbinin formalaşmasında və regionda şahmat ənənələrinin inkişafında müstəsna xidmətlər göstərmiş beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunur.

​Tədbir 03–10 sentyabr 2026-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində (Grand Olimpic Hotel) keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər