Menyu

Azərbaycan qolfçuları Parisdə 2 medal qazanıblar

Operativ Media
Azərbaycan qolfçuları Parisdə 2 medal qazanıblar
1 dəq oxu

Fransanın paytaxtı Parisdə keçirilən "Paris Invitational 2026 USKIDS" turniri Azərbaycan qolfçuları üçün uğurlu alınıb.

Operativ Media xəbər verir ki, 2–6 iyul tarixlərində təşkil olunan yarışda Azərbaycan milli komandasının üzvləri ölkəmizə iki medal qazandırıblar.

Qrup formatında keçirilən turnirdə Emin Rzayev və Tural Vəlizadə ikinci yeri tutaraq gümüş medala sahib olublar.

Fərdi yarışda isə Emin Rzayev üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər