Menyu

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində yarımilliyin yekunlarına dair müşavirə keçirilib

Operativ Media
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində yarımilliyin yekunlarına dair müşavirə keçirilib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində 2026-cı ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Müşavirədə paytaxtda həyata keçirilən şəhərsalma layihələrinin gedişi, şəhərsalma nəzarətinin nəticələri, özbaşına tikililərlə mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxışında bildirib ki, şəhərsalma sahəsində nəzarətin gücləndirilməsi, özbaşına tikililərin qarşısının vaxtında alınması və layihələrin şəhərin Baş planına uyğun həyata keçirilməsi Bakı şəhərinin dayanıqlı inkişafı baxımından əsas prioritetlərdəndir.

Müşavirənin yekununda ikinci yarımillik üzrə prioritet vəzifələr müəyyənləşdirilib, şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, özbaşına tikililərlə mübarizənin davam etdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər