Menyu

Mavigilə kəskin ucuzlaşıb - QİYMƏT

Ayşən Sadıxzadə
Mavigilə kəskin ucuzlaşıb - QİYMƏT

Bir ay əvvəl bazarlarda bahalı meyvələr sırasında yer alan mavigilənin qiyməti qısa müddətdə kəskin ucuzlaşıb. Əgər mövsümün əvvəlində bu meyvənin 500 qramı 20 manata təklif olunurdusa, hazırda eyni miqdarı 5–7 manata almaq mümkündür.

Bəs qiymətdəki bu ciddi enmənin səbəbi nədir?

Mövzu ilə bağlı Operativ Media-ya iqtisadçı Akif Nəsirli danışıb. 

O bildirib ki, bir ay əvvəl mavigilə mövsümünün əvvəlində idi. O vaxt bazara az miqdarda məhsul çıxırdı və satılanların bir hissəsi də idxal olduğu üçün qiymət yüksək olurdu. Təklif az, tələbat isə çox olduğundan 500 qramı 20 manata hətta daha yüksək məbləğə satılırdı:

“İndi isə mavigilənin yığım mövsümüdür. Yerli təsərrüfatlardan bazara daha çox məhsul gəlir, təklif artır və satıcılar məhsulu tez satmaq üçün qiymətləri endirirlər. Mavigilə tez xarab olan meyvə olduğuna görə uzun müddət saxlamaq sərf etmir və bu da qiymətin aşağı düşməsinə səbəb olur.

Ona görə də hazırda qiymətin enməyi əsasən mövsümün qızğın dövrünə çatılması və bazarda məhsul bolluğu ilə bağlıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər