Menyu

Türkiyədə ağır yol qəzası olub, 2 nəfər ölüb

Türkiyədə ağır yol qəzası olub, 2 nəfər ölüb

Türkiyənin Muğla vilayətinin Milas rayonunda 2 minik maşını və 1 pikapın iştirakı ilə baş verən qəzada 2 nəfər həyatını itirib.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 7 nəfər yaralanıb.

Belə ki, dünən axşam saatlarında Milas rayonundan Bodrum istiqamətində hərəkət edən Ercan Gülenin idarə etdiyi avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa çıxıb.

O, Hüseyn Acarın idarə etdiyi yük maşını ilə İlker Sakallının idarə etdiyi avtomobillə toqquşduqdan sonra təxminən 60 metrdən yuvarlanıb.

Nəticədə yük maşını aşıb. Qəza zamanı avtomobillərdə olan Sermin Gülen və İsmail Behemoğlu dünyasını dəyişib. Sürücülər və digər sərnişinlər Elif Naz Gülen, Melih Akyol, Günnur Acar və Kənan Çandır yaralanıb.

Yoldan keçən digər sürücülərin xəbər verməsi üzərinə bölgəyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib. Vasitələrdə sıxışıb qalan yaralılardan bəziləri yanğınsöndürənlər tərəfindən çıxarılıb. Qəza yerində ilkin tibbi yardım göstərilib, yaralılar rayon xəstəxanalarına çatdırılıb. Müalicə olunan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 a\u011f\u0131r yol q\u0259zas\u0131 olub 2 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər