Bakıda Azərbaycan və Maldiv mərkəzi banklarının rəhbərləri arasında görüş keçirilib
"Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Maldiv Mərkəzi Bankının sədri Ahmed Munavarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük".
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial media hesabında edilən paylaşımda bildirib.
"Görüş zamanı ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sabitliyi ilə bağlı cari meyillər barədə əmsal maliyyə ekosisteminin inkişafı, eləcə də maliyyə texnologiyaları və virtual aktivlərin tənzimlənməsisahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikirlərimizibölüşdük.
Bu istiqamətlərdə müşahidə olunan qlobal trendlərin hər iki ölkənin maliyyə sektorları üçün yaratdığı imkanları, əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq kəsb edən digər məsələləri nəzərdən keçirdik", - paylaşımda qeyd olunub.