Menyu

"BakıKart” ödəmə sistemindəki nasazlıq aradan qaldırılıb

Operativ Media
"BakıKart” ödəmə sistemindəki nasazlıq aradan qaldırılıb
1 dəq oxu

"BakıKart" ödəniş sistemində yaranan qısamüddətli texniki nasazlıq aradan qaldırılıb.

Operativ Media xəbər verir ki, bu barədə "BakıKart" məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında yaranan texniki nasazlıq səbəbindən "BakıKart", bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinlik müşahidə olunub.

Məlumata görə, nasazlıq operativ şəkildə aradan qaldırılıb və saat 20:00-dan etibarən sistemin fəaliyyəti tam bərpa edilib.

Əlaqəli Xəbərlər