Menyu

III ixtisas qrupu üzrə 3 abituriyent maksimum nəticə göstərib

Operativ Media
 III ixtisas qrupu üzrə 3 abituriyent maksimum nəticə göstərib

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Operativ Media-ya verilən xəbərə görə, III ixtisas qrupu üzrə ən yüksək nəticəni – 400 balı 3 abituriyent toplayıb.

Bunlar Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu Zeynəb Quliyeva, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Aişə Qasımova və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Fidan Qardaşovadır.

Qeyd edək ki, Zeynəb Quliyeva qəbul imtahanının birinci mərhələsində 287,7 bal, Aişə Qasımova 285,9 bal, Fidan Qardaşova isə 285,2 bal toplayıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər