Menyu

Bakıda bağ evlərində istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR

Ayşən Sadıxzadə
Bakıda bağ evlərində istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bakıda gündəlik kirayə verilən bağ evlərinə maraq xüsusilə yay mövsümündə kəskin artır. Şəhərdən uzaqlaşmadan istirahət etmək istəyənlər daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Novxanı və Görədil kimi qəsəbələrdə yerləşən bağ evlərinə üstünlük verirlər. Bazarda qiymətlər evin yerləşdiyi əraziyə, dənizə yaxınlığına, hovuzunun olub-olmamasına, otaq sayına və təqdim olunan şəraitə görə dəyişir. 

Operativ Media-ya mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb.

O bildirib ki, Bakıda bağ evlərinin kirayə qiymətləri ilk növbədə yerləşdiyi əraziyə görə formalaşır:

"Ən çox tələbat olan Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Pirşağı və Novxanı kimi qəsəbələrdə qiymətlər bir-birindən fərqlənir. Çünki hər ərazinin həm infrastrukturu, həm dənizə yaxınlığı, həm də istirahət üçün yaratdığı şərait fərqlidir. Məsələn, dənizə yaxın, hovuzlu və tam təmirli bağ evlərinə tələbat daha çox olduğu üçün onların qiyməti də yüksək olur.

Bazarda həm iqtisadi, həm orta, həm də premium seqment üzrə müxtəlif seçimlər mövcuddur. Hazırda sadə şəraitə malik bağ evlərinin günlük kirayə qiyməti 80 AZN-dən başlayır. Aylıq kirayə qiymətləri isə təxminən 500-800 manatdan başlayır. Orta seqmentdə yerləşən, daha geniş həyəti və əlavə imkanları olan evlər aylıq 1500 - 30000 manat arasında təklif olunur. Daha komfortlu, hovuzlu, müasir təmirli və böyük sahəyə malik bağ evlərində isə qiymətlər bundan da yüksək ola bilir.

Yəni 30 000 manat aylıq gündə təxminən 1 000 manat edir. 1500 manat aylıq isə gündə təxminən 50 manat olur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər