Menyu

Skuter və velosipedlərin iştirakı ilə baş verən qəzalarda dəyən zərər necə qarşılanır? - VİDEO

Operativ Media
Skuter və velosipedlərin iştirakı ilə baş verən qəzalarda dəyən zərər necə qarşılanır? - VİDEO

Son illər şəhər küçələrində skuter və velosipedlərin sayı sürətlə artır. Elə onların iştirakı ilə baş verən qəzalara da tez-tez rast gəlinir. Avtomobil qəzalarında dəymiş zərərin ödənilməsi üçün sığorta mexanizmi işləyirsə də, skuter və velosipedlərin iştirak etdiyi yol-nəqliyyat hadisələrində mübahisələr yaranır. Səbəbi isə bu mikromobilik vasitələrinin icbari sığortasının olmamasıdır.

Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan sığorta eksperti Vüsal Bədəlov bildirib ki, qəza zamanı günah skuter və ya velosipedi idarə edən şəxsdə olarsa, avtomobilə, piyadaya və ya digər əmlaka dəyən zərəri həmin sürücü ödəməlidir:

"Yalnız icarə skuterləri üçün üçüncü şəxslər qarşısında məsuliyyət sığortası olduğu halda ödənilişi sığorta şirkəti qarşılayır.

Fiziki şəxslərlə hüquqi şəxslərin üçüncü şəxslər qarşısında əlavə məsuliyyət sığortası olmalıdırdır. Həm bu skuter şirkətlərinin, həm də ki, onları idarə edən ola bilsin ki, fiziki şəxslərin üçüncü şəxslər qarşısında məsuliyyət sığortası olmalıdırdır. Və belə hallarda həm skuterlərin törətdiyi hadisələrə görə qarşı tərəfə dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanacaq.

Əks halda zərərçəkən nəqliyyat vasitələrinin mütləqdir ki, kasko sığortası olmalıdır ki, belə halların uzun müddətli çəkişmələrini onlar yaşamasınlar və sığorta şirkətindən kasko sığortaya görə təminatlarını alsınlar, qalan prosedurları artıq ondan sonra sığorta şirkəti özü həyata keçirsin.

Əgər dəymiş zərərin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmazsa, zərərçəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Təmin nəqliyyat vasitəsinin kaskosu da yoxdur və nəqliyyat vasitəsinin zərər vuran skuterin və hər hansı bir əlavə məsuliyyət sığortası yoxdur ki, bu halda təminat versin. Bunda qarşı tərəflərin iki tərəfli razılaşması yolu ilə ola bilər ki, dəymiş zərər skuteri idarə edəndən və yaxud da skuter şirkəti tərəfindən ödənilsin və ya hüquqi müstəvidə bu mübahisələndirilə bilər və dəymiş zərər hüquqi müstəvidə qəbul olunan qərara görə dəymiş zərəri kim ödəməlidirsə, bu halda kaskosu olmayan zərər dəymiş avtomobil təminat ala bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev isə deyir ki, skuter və velosiped sürücüləri də yol hərəkəti iştirakçıları hesab olunur və yol hərəkəti qaydalarına əməl etməyə borcludurlar. Qırmızı işıqda keçmək, piyadalara üstünlük verməmək, əks istiqamətdə hərəkət etmək və ya ehtiyatsız davranış qəzayla nəticələnə bilər:

Qəzaların qarşısını almaq üçün hərəkət qaydaları və sürət hədləri daha dəqiq tənzimlənməli, xüsusilə piyadaların intensiv olduğu ərazilərdə nəzarət gücləndirilməlidir. Eyni zamanda təhlükəsiz velosiped və mikromobillik zolaqlarının artırılması da vacibdir. Bu vasitələrin avtomobillər və piyadalarla eyni məkanda hərəkət etməsi riskləri istər-istəməz artırır. Ümumilikdə desək, məqsəd mikromobilliyi məhdudlaşdırmaq deyil, onu şəhər nəqliyyat sisteminə təhlükəsiz, nizamlı və davamlı şəkildə inteqrasiya etməkdir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, idarə tərəfindən mütəmadi olaraq kiçik elektrikli vasitələrin və velosipedlərin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması və hadisələrin sayının minimuma endirilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Bəzi bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər qaydalara biganə yanaşırlar ki, nəticədə xoşagəlməz hallar baş verir. Əlaqə olaraq bildirək ki, yol hərəkəti qaydalarının pozulduğu təqdirdə həmin sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə də nəzərdə tutulur.

Belə nəqliyyat vasitələrini idarə edən sürücülər də öz növbəsində diqqətli olmalı və qaydalara ciddi şəkildə riayət etməlidirlər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər