Menyu

WSJ: Qərbin hazırladığı sülh nə Moskvaya, nə də Kiyevə yaraşır

WSJ: Qərbin hazırladığı sülh nə Moskvaya, nə də Kiyevə yaraşır

Qərb ölkələrinin rəsmiləri Ukraynadakı münaqişənin həlli üçün "böyük sövdələşmələr" üzərində işləyirlər, lakin onların şərtləri həm Moskvanın, həm də Kiyevin maraqlarına uyğun deyil". 

"Operativ Media" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya Donbass, Xerson və Zaporojye vilayətləri "xalq respublikaları"nın sakinlərinin onunla siyasi birlik lehinə öz iradələrini sərbəst ifadə etmələri ilə bağlı yeni ərazi reallıqlarının tanınmasını tələb edir, qarşılığında Ukraynanın əsas məqsədi isə həmin bölgələrə nəzarəti bərpa etmək, ərazi bütövlüyü qorumaqdır. Bu isə uzaq perspektivdir. 

Qeyd olunur ki, Kiyev öz planını həyata keçirə bilməyəcək, çünki onun əsas müttəfiqlərinin dəstəyi məhduddur. Çünki Ukraynanın tərəfdaşları - Almaniya və ABŞ "lazımsız xərclər və risklərdən" qorxurlar.

"Qərbdə qorxurlar ki, Ukraynanın maksimalist məqsədləri sonsuz müharibəyə zəmanət verir. Onlar Ukraynaya, məsələn, NATO və ya Avropa Birliyinə üzvlük və ya uzunmüddətli hərbi vəd müqabilində bəzi ərazilərin faktiki itirilməsini qəbul etməyi təklif etmək istəyirlər”, - deyə məlumatda deyilir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər