21 Avqust 2023, 08:58
Hacıqabulda bələdiyyə sədri cərimələndi
Hacıqabulda bələdiyyə sədri cərimələndi şəkil
Hacıqabulda bələdiyyə sədri cərimələndi

Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Operativ Media”  ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Muğan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qeyd olunan qəsəbə bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Son xəbərlər
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi