Çimərlikdə batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olunub (VİDEO)
Bakıda batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.
Bu barədə "Operativ Media"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində 3 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Camalov Avtandil Yusif oğlu, 2004-cü il təvəllüdlü Camalov Tural Avtandil oğlu və 2006-cı il təvəllüdlü Camalov Vüsal Avtandil oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.
Teqlər:
"\u00c7im\u0259rlikd\u0259 batma t\u0259hl\u00fck\u0259si il\u0259 \u00fczl\u0259\u015f\u0259n ata v\u0259 iki o\u011flu xilas olunub (V\u0130DEO)"