Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub - Mikayıl Cabbarov

admin
Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub - Mikayıl Cabbarov

Prezident İlham Əliyevin strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyümüşdür.
Əlavə dəyər qeyri-neft-qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək artıb. 2022-ci ildə qeyri-neft/qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb", - o deyib.

Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.

Digər xəbərlər