Oktyabrın 27-də Monteneqro hakimiyyəti Podqoritsada türk hərbçiləri tərəfindən yerli vətəndaşın yaralanmasından sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Miloyko Spajiç bildirib.
"Biz təcili olaraq Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğvinə qərar verəcəyik. Önümüzdəki dövrdə iqtisadi fəallığı və yaxşı ikitərəfli münasibətləri qorumaq üçün Türkiyə Respublikası ilə yaxşı əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq üçün intensiv danışıqlara başlayacağıq", - Spajiç yazıb.
Qeyd edək ki, oktyabrın 26-da axşam Monteneqro polisi Podqoritsa sakinini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib. Hadisədən sonra əraziyə toplaşan yüzlərlə insan mühacir əleyhinə şüarlar səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları digər cinayətlərə görə daha 45 Türkiyə vətəndaşını həbs edib.






