Çinin Şanxay əyalətində külək turbinləri ilə işləyən dünyanın ilk sualtı məlumat mərkəzinin tikintisi başa çatıb.
Operativ Media xəbər verir ki, bu barədə ''TV Brics" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu unikal layihə ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən rəqəmsal infrastruktur sahəsində yeni üfüqlər açacaq.
Bildirilib ki, onun gücü 24 meqavatdır. İnvestisiyalar 1,6 milyard yuan (təxminən 225 milyon dollar) təşkil edib.
Yeni texnologiyanın əsas üstünlüklərinə əhəmiyyətli dərəcədə resurs qənaəti daxildir. İstehlak olunan enerjinin 95%-dən çoxu dəniz küləyi tərəfindən istehsal olunur və ənənəvi məlumat mərkəzləri ilə müqayisədə yeni qurğu ümumi enerji istehlakını 22,8% azaldır.






