Britaniya 200 milyon dollar dəyərində sualtı pilotsuz təyyarələr alacaq

Şəfa Hüseynli
Britaniya 200 milyon dollar dəyərində sualtı pilotsuz təyyarələr alacaq

Böyük Britaniya sualtı mina aşkarlayan dronların alınmasına 150 milyon funt sterlinq (200 milyon dollar) xərcləyəcək.

Operativ Media xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Nəşrin məlumatına görə, müasir hərbi-dəniz pilotsuz təyyarələri Qara dənizdə minalardan təmizləmək, həmçinin kabel və boru kəmərləri kimi mühüm sualtı obyektlərin mühafizəsi üçün istifadə olunacaq.

Bildirilib ki, ilkin mərhələdə 24 sualtı pilotsuz uçan aparatın alınması planlaşdırılır. Onların spesifikasiyası göstərilməsə də, hər bir cihazın təxminən 6 milyon funt sterlinqə (8 milyon dollardan çox) başa gələcəyi qənaətinə gəlmək olar.

 

Digər xəbərlər