Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Operativ Media xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb
27 oktyabr
Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 13:00
Baş hakim: Roziyabonu Yusupova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Gulşoda Saidkulova
(Hakimlər briqadası Özbəkistandandır)






