Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakların icarəyə verilməsindən dövlət büdcəsinə 24,4 milyon manat vəsait daxil olub.
"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur", - deyə o qeyd edib.






