"İdman və mədəniyyət sahəsi üzrə istedadlı şagirdlər üçün də yarışlar təşkil olunacaq".
"Operativ Media" xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Bu istiqamətdə Gənclər və İdman və Mədəniyyət nazirlikləri ilə birgə addımlar atacağıq və bir neçə ildən sonra bunun nəticələrini görəcəyik. Gələcəkdə yarışlarda texniki fənn təmayüllü liseylərlə yanaşı, mədəni və idman sahəsində istedadlı şagirdlərimiz də iştirak edəcəklər", - nazir qeyd edib.






