Tokayev: Qazaxıstan qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qeyd edir
Nərmin Qocamanlı
"Qazaxıstan qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qeyd edir".
"Operativ Media" Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.
"Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da möhkəmlənəcək", - o, qeyd edib.