Menyu

İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıyıb

Nərmin Qocamanlı
İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıyıb

İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb.

"Operativ Media" xəbər verir ki, hökümət bu gün keçirilən kabinet iclasında tanınma haqqında qərar qəbul edib.

“Hökumət Fələstini suveren və müstəqil dövlət kimi tanıyır və Dublin ilə Ramallah arasında tam diplomatik münasibətlər qurmağa razıdır”, - deyə bəyanatda bildirilib.

İrlandiyanın Fələstinə səfir təyin edəcəyi də açıqlanıb.

Eyni zamanda Norveç Fələstinin tanınmasını təsdiq edən sənəd təqdim edib.

Norveçin verdiyi açıqlamada bildirilib:
"Fələstinin dövlət olaraq tanınması qərarı Konstitusiyanın 28-ci maddəsinə uyğun olaraq Kralın Dövlət Şurasında təsdiqini tələb edən mühüm məsələ hesab edilir".

Teqlər:

"\u0130rlandiya v\u0259 Norve\u00e7 F\u0259l\u0259stin d\u00f6vl\u0259tini r\u0259sm\u0259n tan\u0131y\u0131b"

Əlaqəli Xəbərlər