Menyu

Yaponiyada məşhur avtomobillərin təhlükəsizliyinə dair saxta məlumatlar təqdim edilib

Nərmin Qocamanlı
Yaponiyada məşhur avtomobillərin təhlükəsizliyinə dair saxta məlumatlar təqdim edilib

Yaponiyada "Toyota", "Honda" və "Mazda" avtomobilləri üçün saxta təhlükəsizlik məlumatları təqdim ediblər. "Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Nazirlik 85 avtomobil istehsalçısına və digər şirkətlərə məlumat saxtakarlığını araşdırmaq və hesabat verməyi tapşırıb. Qaydaları pozanlar arasında “Suzuki” və “Yamaha” brendlərinin də olduğu qeyd edilib.

Məlumatlara görə, "Toyota"nın piyadaların toqquşmasından mühafizə sisteminin ("Corolla Axio", "Corolla Fielder" və "Yaris Cross"da quraşdırılmış) sınaq hesabatlarında saxta məlumatlar aşkar edilib. Həmçinin məlum olub ki, "Mazda" qəza testi məlumatlarını saxtalaşdırıb. Bununla belə, "Suzuki" istehsalı dayandırılmış modelin əyləc sisteminin sınaq nəticələri barədə yalan məlumatlar mövcuddur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər