
"YouTube" yetkinlik yaşına çatmayan istifadəçilərin potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah videoları ilə bağlı siyasətini dəyişib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Youtube" tərəfindən açıqlama verilib.
Açıqlamada odlu silahların təhlükəsizliyini necə açmağı göstərən bütün videoların qadağan ediləcəyi, əldəqayırma silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videoların isə 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacağı bildirilib.
Həmçinin atəş edib-etməməsindən asılı olmayaraq əllərində odlu silah olan şəxslərin yer aldığı canlı yayımların qadağan ediləcəyi, video oyun məzmununun bu tərifə daxil edilmədiyi vurğulanıb.
Bəyanatda dəyişikliklərin iyunun 18-dən qüvvəyə minəcəyi qeyd edilib və kontent istehsalçıları və istifadəçiləri qeyd olunan məsələlərə diqqət yetirməyə çağırılıb.