"X" yeniləndikdən sonra "Instagram" və "TikTok"a rəqib olacaq
Nərmin Qocamanlı
İlon Maskın sosial media platforması "X" özünü birbaşa "TikTok" və "Instagram Reels"ə qarşı yerləşdirəcək bir xüsusiyyət təqdim etməyə hazırlaşır.
"Operativ Media"nın xəbərinə görə, istifadəçilərə maraqlarına uyğun hazırlanmış həm qısa, həm də uzun videolar axını təqdim olunacaq.
"X" istifadəçilər tərəfindən paylaşılan və yaradılan video məzmunu tək bir tab altında təşkil etməyi hədəfləyir.
Sözügedən funksiyanın beta versiyasının bu yayın sonunda müəyyən istifadəçi qrupu üçün əlçatan olacağı gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net