Menyu

"Lada" üçün yeni rəqəmsal ekosistem yaradılacaq

Nərmin Qocamanlı
"Lada" üçün yeni rəqəmsal ekosistem yaradılacaq

Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" "İtelma" və "Rostelecom" şirkətləri ilə birlikdə avtomobillər üçün yeni rəqəmsal ekosistem yaradacaq. 

"Operativ Media" xəbər verir ki, müvafiq saziş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2024) çərçivəsində imzalanıb.

“Sazişin imzalanması Rusiya avtomobil sənayesinin texnoloji üstünlüyünü gücləndirmək istiqamətində atdığımız birgə addımdır. Biz "Lada" avtomobillərini daha rahat və təhlükəsiz edəcək İT məhsulları üzərində birgə işləyəcəyik”, - "AvtoVAZ"ın prezidenti Maksim Sokolov bildirib.

Məlumata görə, tərəfdaşlıq çərçivəsində avtopilot mexanizmləri, birləşdirilmiş avtomobil sistemləri, süni intellekt texnologiyaları və böyük verilənlərin istifadəsi daxil olmaqla “Aurora” əməliyyat sisteminin birgə inkişafı, sınaqdan keçirilməsi, tətbiqi və inkişafı həyata keçiriləcək. 

Layihə çərçivəsində "Rostelecom"un ağıllı nəqliyyat sistemləri "Lada" avtomobilləri ilə "İtelma" tərəfindən istehsal olunan komponentlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Teqlər:

"\"Lada\" \u00fc\u00e7\u00fcn yeni r\u0259q\u0259msal ekosistem yarad\u0131lacaq"

Əlaqəli Xəbərlər