"Samsung" süni zəka ilə işləyən məişət texnikaları istehsal edəcək
Nərmin Qocamanlı
"Samsung" şirkəti süni intellekt daxil etməklə öz ağıllı ev məhsul xəttini yeniləməyi planlaşdırır.
"Operativ Media"nın məlumatına görə, şirkətin 2025-ci ilə qədər süni intellektlə işləyən məişət texnikası istehsal etməsi gözlənilir.
Bu addım "Samsung"un "Apple" və "Google" kimi texnologiya nəhəngləri üzərində rəqabət üstünlüyünü gücləndirəcək "super bağlı ekosistem" yaratmaq məqsədi daşıyır.
Şirkət iyul ayında ağıllı ev məhsulları üçün "Bixby" səs köməkçisini təqdim edəcək. Süni intellektə dəstək verən ilk qurğular "Samsung Bespoke AI" seriyasından "Family Hub" soyuducuları, paltaryuyan maşınlar və induksiya plitələri olacaq. Bu cihazlar LCD ekranlarla təchiz olunacaq. Süni intellektlə işləyən "Bixby Assistant" əvvəlki söhbətləri də xatırlayacaq.
Teqlər:
"\"Samsung\" s\u00fcni z\u0259ka il\u0259 i\u015fl\u0259y\u0259n m\u0259i\u015f\u0259t texnikalar\u0131 istehsal ed\u0259c\u0259k"