İsti havalarda avtomobil sürücülərinin kondisionerdən istifadəsi labüd hal alır.
Bəs avtomobilin kondisionerini necə təmizləmək və tənzimləmək lazımdır?
Avtomobil ustası Əli Əliyev "Operativ Media"ya açıqlamasında bu prosesdən danışıb:
"Avtomobilin kondisioner sistemində salon filtri deyilən bir hissə var. Bunu hər fəsil dəyişikliyi zamanı, yəni qışdan yaya, yaydan da qışa keçildiyi zaman mütləq dəyişmək lazımdır. Çünki avtomobilin salonuna gedən hava ordan filtrasiya olur və salona daxil olur. Mütləqdir ki,həmin filtr altı aydan bir dəyişdirilsin. Bundan başqa avtomobilin kondisioner sisteminin yollarında əgər pis qoxu olarsa, onu buxar vasitəsilə vasitəsilə yuyaraq aradan qaldırmaq olar. Həmçinin kondisionerin işləmə müddətini kompressiya sistemi özü tənzimləyir. Məsələn, həddindən çox qızanda özü sönür, bir müddətdən sonra isə avtomatik olaraq yenidən işə başlayır".
Sevinc İbrahimzadə






