Fransa Ermənistana SEZAR ehtiyat hissələri və 155 mm-lik sursat təhvil verəcək
Ermənistan SEZAR artilleriya sistemlərinin onuncu müştərisi olub.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlayıb.
Qeyd edilib ki, Ermənistan 36 özüyeriyən artilleriya sistemi alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etmək üçün kifayətdir. Bundan başqa, KNDS şirkəti də Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb.
"Forces Operations Blog"un məlumatına görə, müqaviləyə ehtiyat hissələri ilə yanaşı, 155 mm- lik sursat partiyasının tədarükü də daxildir.
Hələ ötən ilin noyabrında bu avadanlığın performansını və Nexter-in 2024-cü ildə yeni istehsal imkanlarını nəzərə alaraq, bir neçə senator SEZAR artilleriya sistemlərinin çatdırılmasına ən qısa zamanda baxılmasını tövsiyə edib.
Teqlər:
"Fransa Erm\u0259nistana SEZAR ehtiyat hiss\u0259l\u0259ri v\u0259 155 mm-lik sursat t\u0259hvil ver\u0259c\u0259k"