Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinə rəsmən start verir
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir. Bununla da MSK parlament seçkilərinə rəsmən start verir.
"Operativ Media" xəbər verir ki, gündəlikdə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiqi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırllması məqsədilə MSK-nın nəzdində ekspert qrupu yaradılması daxildir.
Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi də var.
Eyni zamanda, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik ediləcək.