Menyu

YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib

Redaksiya
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün irəli sürdüyü namizədlərin siyahısında dəyişiklik edib.

"Operativ Media" YAP İdarə Heyətinin 17 iyul tarixli qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.

Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Qanunvericiliyin tələbinə əsasən, qızının deputatlığa namizəd olması üçün Şaitdin Əliyevin MSK üzvlüyündən istefa verməsi tələb olunurdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər