Menyu

Muxtar Babayev Cənubi Afrikanın meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit naziri ilə görüşüb

Nərmin Qocamanlı
Muxtar Babayev Cənubi Afrikanın meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit naziri ilə görüşüb
1 dəq oxu

COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev Cənubi Afrikanın meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit naziri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

“COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb. Burada COP29 ilə bağlı əməkdaşlıq, prioritetlər və gözləntilər müzakirə edilib”, - paylaşımda bildirilib.

Əlaqəli Xəbərlər