Menyu

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Nərmin Qocamanlı
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Cənubi Qafqazda və qonşu regionlarda mövcud vəziyyəti müzakirə ediblər.

Nazirlər müavinləri Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Rusiya X\u0130N ba\u015f\u00e7\u0131lar\u0131n\u0131n m\u00fcavinl\u0259ri C\u0259nubi Qafqazdak\u0131 v\u0259ziyy\u0259ti m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər