Şahbaz Şərif: Pakistan, Azərbaycan və qlobal ictimaiyyətlə iqlim problemləri sahəsində sıx əməkdaşlıq etməyə sadiqdir

Əziz Əzizli
Şahbaz Şərif: Pakistan, Azərbaycan və qlobal ictimaiyyətlə iqlim problemləri sahəsində sıx əməkdaşlıq etməyə sadiqdir

“İqlim baxımından ən həssas ölkələrdən biri olan Pakistan, Azərbaycan və qlobal ictimaiyyətlə iqlim problemləri sahəsində sıx əməkdaşlıq etməyə sadiqdir”.

“Operativ Media” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbayan Prezidenti İlham Əliyevlə görüşünə dair “X” hesabında edilən paylaşımda bildirilib.

“Biz həmçinin iqtisadi və müdafiə sahəsində əməkdaşlıq, texnologiya mübadiləsi və bərpa olunan enerji üzrə strateji tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik. Yaxın Şərqdəki vəziyyət və digər qlobal məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Birlikdə davamlı və əməkdaşlıq dolu bir gələcək üçün çalışmağa qərarlıyıq”.

O, bildirib ki, görüş zamanı bundan başqa, Yaxın Şərqdəki vəziyyət və digər qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər