ABŞ və Braziliya ticarət razılaşması əldə edə bilər
Şəfa Hüseynli
Donald Trampla görüşdən sonra Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Braziliya ilə ABŞ arasında ticarət razılaşması əldə ediləcəyinə əminliyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Lula iki liderin Malayziyanın paytaxtı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilən görüşünü “çox yaxşı” adlandırıb.
Donald Tramp Lula ilə görüşdən sonra deyib: “Düşünürəm ki, biz hər iki ölkə üçün yaxşı sövdələşmələr edə bilərik”.