Ukrayna kəşfiyyatı Rusiya silahlarında 68 yad hissə aşkarlayıb

Xəbərlər redaksiyası
Ukrayna kəşfiyyatı Rusiya silahlarında 68 yad hissə aşkarlayıb

Ukraynanın Müdafiə Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi raket və dronlarda 68 ölkənin komponentlərini müəyyən edib.

Operativ Media xəbər verir ki, bu barədə  "War&Sanctions" portalı bildirib.

Məlumata görə, Rusiyanın istifadə etdiyi 9M727 İskəndər-K qanadlı raketi, Kh-47M2 Kinjal aeroballistik raketi, Şimali Koreyanın KN-23 və KN-24 ballistik raketləri, Şahed-136 (Rusiyada Geran-2) pilotsuz təyyarələrində xarici komponentlər aşkar edilib.

Məhz bu silahlar oktyabrın 22-nə keçən gecə Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hava hücumu zamanı ölkənin enerji sistemini və mülki əraziləri hədəfə alıb.

Rusiyanın raket və dron sistemləri  ABŞ, Çin, İsveçrə, Yaponiya, Tayvan və digər ölkələrdə istehsal olunan mikroçiplərə və elektron komponentlərə əsaslanır.

Digər xəbərlər