"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də həmçinin məlumat yayaraq bildirib ki, yanğınla əlaqədar Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
17:34
Yasamaldakı yanğınla əlaqəli Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib. Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
***
17:31
Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.
"Operativ Media"nın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.