Böyük Qayıdışa dair I Dövlət Proqramıyla əlaqədar Hesabat hazırlanıb

admin
Böyük Qayıdışa dair I Dövlət Proqramıyla əlaqədar Hesabat hazırlanıb
Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabat hazırlanıb.

Operativ Media-nın xəbərinə görə, İqtisadi Şuranın bu gün keçirilən iclasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər