Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər

Nərmin Qocamanlı
Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər
Bu gün Azərbaycan və İsrail iqtisadiyyat nazirlərinin görüşü olub.

İsrailə işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşümüzdə iki ölkə arasında investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz olub.

Operativ Media xəbər verir ki,bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz X-hesabında paylaşım edib.

Nazir deyib ki, bu barədə müzakirələr İsrailə işgüzar səfər zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdə aparılıb: "Görüşdə sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz olub".

Digər xəbərlər