Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO

admin
Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə Operativ Media-ya FHN məlumat verib.

Yanğın nəticəsində ümumi sahəsi 2000kv.m olan istixana kompleksinin intizibati binası 560kv.m. sahədə yanıb. 

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.

***

11:28

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Bu barədə Operativ Media-ya FHN məlumat verib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

10:04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Operativ Media-ya FHN məlumat verib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Şəkil Qalereyası

Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO - Şəkil 1
Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO - Şəkil 2
Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO - Şəkil 3
Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO - Şəkil 4
Kürdəxanıda obyektdə yanğın söndürülüb - YENİLƏNİB 1 VİDEO/FOTO - Şəkil 5

Digər xəbərlər