Haitidə silahlı dəstənin şəhərə hücumu nəticəsində 50 nəfər həlak olub

Əziz Əzizli
Haitidə silahlı dəstənin şəhərə hücumu nəticəsində 50 nəfər həlak olub

Haitidə silahlı dəstənin bir qəsəbəyə hücumu nəticəsində ilkin məlumata görə, aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib.

Operativ Media yerli mətbuata istinadən xəbər verir ki, silahlı dəstə üzvləri ölkənin mərkəzində yerləşən Preval qəsəbəsində çoxlu sayda evi yandırıb və mülki şəxslərə hücum ediblər.

Maranatha adlı kilsəyə hücum edən dəstə üzvləri 86 yaşlı keşiş Joques Brutusun başını kəsərək onu qətlə yetiriblər.

Hücumlar zamanı, aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Digər xəbərlər