Yaponiya kəşfiyyat orqanı yaratmaq istəyir

Şəfa Hüseynli
Yaponiya kəşfiyyat orqanı yaratmaq istəyir

Yaponiyanın Baş naziri Sanae Takaiçi Nazirlər Kabinetinin baş katibi Minoru Kiharaya hökumətin kəşfiyyat imkanlarının gücləndirilməsi məsələsini öyrənməyi tapşırıb.


Operativ Media xəbər verir ki, bu barədə "Yomiuri'' qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə,  koalisiya yaradan hakim Liberal Demokrat Partiyası (LDP) və Yaponiya Yeniləşmə Cəmiyyəti (JRSS) əvvəllər milli kəşfiyyat agentliyinin yaradılmasını araşdırmaq barədə onlar  razılığa gəliblər.

Yaponiyada kəşfiyyat funksiyaları hazırda Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Polis və Ədliyyə Nazirliyinə daxil olan bir neçə qurum tərəfindən həyata keçirilir.

Lakin bu struktur qeyri-kafi hesab edildi, ona görə də müxtəlif idarələrdən mövcud kəşfiyyat orqanlarının əməkdaşlarının ezam olunacağı bir kəşfiyyat orqanının yaradılması planları aparılır. Bu yeni bölmənin rəhbəri Təhlükəsizlik Şurasının katibi rütbəsinə yüksəldiləcək və birbaşa Baş Nazirə və Nazirlər Kabinetinin Baş katibinə hesabat verəcək. 

Digər xəbərlər